Hindistanda İctimai İşlər Departamentində çalışan bir nəfər 24 ildir işə gəlmədiyi üçün işdən qovulub. Bu barədə lenta.ru saytı “The Guardian”a istinadən xəbər verib. A.K.Varma adlı elektrotexnik 1990-cı ilin dekabrında məzuniyyətə gedib və həmin vaxtdan etibarən qayıtmayıb.
O, 24 ildən sonra da məzuniyyətinin uzadılmasını xahiş edib, amma onun xahişi yerinə yetirilməyib. Maraqlıdır ki, onun işdən bu cür məsuliyyətsiz yayınması 1992-ci ildə, yəni, məzuniyyətindən 2 il sonra aşkarlanıb.
Bununla belə, onun işdən çıxarılması üçün 22 il gözləyiblər. Sözügedən instansiyadan bildiriblər ki, gecikmənin səbəbi bürokratik əngəllər olub.
Bu arada Hindistanın bürokratiya sistemi 2012-ci ildə Asiyanın ən bürokratiya sistemi adlandırılıb. Bu sistemin işçiləri özlərinin süründürməçiliyi, işdəki məsuliyyətsizliyi ilə ad çıxarıblar.