“Mötədil (mülayim) İslam ekstremizmə qarşı qalib gələcək”.
Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının İslam işləri üzrə naziri Əbdüllətif bin Əbdüləziz əl-Şeyx deyib.
Əl-Şeyx İslamofobiyanın axmaqlar, İslam düşmənləri və İslamı təmsil etməyən bəzi müsəlmanlar tərəfindən istismar edildiyini iddia bildirib.
Nazir vurğulayıb ki, ekstremizmə qarşı dövlətlər və xalqlar səviyyəsində maarifləndirmə aparılır: “Mötədil İslam qalib gələcək, ekstremizmə dönməz şəkildə son qoyulacaq”.
Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman məsələ ilə əlaqədar bundan əvvəl belə demişdi:
“Səudiyyə Ərəbistanı radikal ideyaları məhv edəcək və 1979-cu ildən əvvəlki kimi mötədil İslama və normal həyata qayıdacaq”.
Səudiyyə illərlə sanksiyaya məruz qalan rəsmi qanunlardan və adətlərdən imtina da daxil olmaqla bir çox dəyişikliklərin şahidi olur.
İslahatlar çərçivəsində ölkədə bir çox dəyişikliklər edilib, o cümlədən qadınların maşın sürməsinə, futbol stadionlarına girməsinə və kişi peşələri ilə məşğul olmalarına icazə verilib.
Səudiyyədə 2019-cu ildən etibarən “Ər-Riyad Mövsümü” adlanan genişmiqyaslı əyləncə festivalı keçirilərkən, “Halloween” də qeyd olunur.