Rusiya bir neçə ay əvvəl İrana benzin satışını dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyada fəaliyyət göstərən “Iran International” saytı məlumat yayıb.
İran Neft Nazirliyinin rəsmisi sayta deyib ki, sözügedən qurum benzin istehsalı ilə istehlakı arasındakı uyğunsuzluğu kompensasiya etmək üçün Rusiyadan gündə 10 milyon litrə qədər benzin idxal etməli idi, amma ruslar Tehranın ehtiyacını bilə-bilə benzin satmağı dayandırıblar.
Mənbəyə görə, bir sıra digər ölkələr də Rusiyanın tələbi ilə İrana benzin satmaqdan imtina ediblər.