Zaporoje vilayətinin işğal olunmuş ərazisində çeçen birləşmələri ilə Dağıstan bölmələri arasında silahlı toqquşma baş verib. Nəticədə hər iki tərəfdən çoxlu sayda hərbçi həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Hadisə rusiyalı jurnalistlərin çeçen bölmələrinin komandirinin iştirakı ilə çəkiliş hazırlamağa gəldiyi Mixaylovka qəsəbəsində baş verib. Çəkiliş zamanı “kadırovçular”la dağıstanlılar arasında şifahi mübahisə başlayıb, mübahisə qısa zamanda silahlı qarşıdurmaya çevrilib.
Baş Qərargah qeyd edir ki, “döyüş”də qələbəni dağıstanlılar qazanıb, amma hər iki tərəfdən 20-dən çox insan həlak olub, 40 nəfər isə yaralanıb.