ABŞ ordusu Suriyada PKK/YPG terror təşkilatının işğalı altında olan Deyr əz-Zor vilayətindəki bazalara 50-yə yaxın hərbi maşından ibarət gücləndirmə konvoyu göndərib.
Teleqraf.com xəbər verir ki, konvoy dünən İraq və Suriya arasındakı Əl-Valid sərhəd qapısından Həsəkəyə daxil olub.
Təxminən 50 maşından ibarət konvoy Koniko və Əl-Ömər neft yataqlarındakı Amerika bazalarına çatıb.
Konvoylarda zirehli texnikalar, yanacaq tankerləri və sursatla dolu maşınlar yer alıb.
ABŞ ordusu yanvar, iyun və iyul aylarında PKK/YPG-nin Həsəkədə işğal etdiyi Rumeylan, Şəddadi və Təl-Bəydər yaşayış məntəqələrindəki baza və məntəqələrə əlavə qüvvələr göndərmişdi.
Türkiyənin 2019-cu ilin oktyabrında “Sülh Çeşməsi” əməliyyatının başlaması ilə ABŞ əməliyyat bölgəsindəki bazalarını boşaldarkən, neft yataqları ətrafında yerləşməyə üstünlük vermişdi.