Liviya Milli Birlik Hökuməti paytaxt Tripolinin silahlı toqquşmalar baş verən rayonlarında fövqəladə vəziyyət rejimi tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə bəyanatı Baş nazirin müavini səsləndirib.
Qeyd edək ki, Liviyanın paytaxtı Tripolidə silahlı toqquşmalar nəticəsində 6 nəfər ölüb. Silahlı qarşıdurmalarda 20 nəfər yaralanıb. Dünən axşam saatlarında şəhərin cənubunda baş verən atışmalar bu gün səhər saatlarında da davam edib.
Xatırladaq ki, dünən axşam saatlarında Ayn Zara və Salah Al-Din bölgələrində silahlı toqquşmalar başlayıb. Tripolidə vəziyyətin gərginləşməsinə səbəb kimi paytaxtın Hərbi Dairəsinin qoşunlarına daxil olan və Liviya Prezident Şurası ilə əlaqəli olan 444-cü briqada komandirlərindən birinin beynəlxalq hava limanında saxlanılması göstərilib.