Rusiya qüvvələri gecə saatlarında Ukraynanın Odessa vilayətində limanı “Şahid” PUA-ları (İran istehsalı) ilə hədəfə alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında deyilib.
Bildirilib ki, dronların buraxılışları cənub-şərq istiqamətindən (Primorsk-Axtarsk, Çauda) bir neçə dalğada həyata keçirilib.
Ukrayna hərbi aviasiyasının qüvvə və vasitələri Odessa və Nikolayev vilayətlərində Rusiyanın 13 PUA-sını məhv edib.