Suriya xarici işlər naziri Feysəl Mikdad ölkəsi ilə Türkiyə arasında dialoq üçün “şərt”lərindən danışıb.
Teleqraf.com xəbər verir ki, çıxışında Türkiyə əleyhinə hədsiz ifadələr səsləndirən nazir qardaş ölkəni “işğalçı” adlandırıb.
“Hesab edirik ki, türk işğalı təkcə Suriya üçün deyil, həm də ərəb maraqları üçün təhlükə yaradır. Bu səbəbdən ortaq maraqlarımıza və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq buna (türk işğalına) son qoymaq üçün səyləri gücləndirmək və addımlar atmaq lazımdır”, - Mikdad deyib.