İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan avqustun 17-də 7 illik fasilədən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Görüşlərdə ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlər müzakirə olunacaq.