17 Avqust 2023 22:49
2 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin yeni dönəm xarici siyasət prioritetləri ABŞ mediasının gündəmindən düşmək bilmir.

Teleqraf.com xəbər verir ki, “Foreign Affairs” nəşri Türkiyənin mövqeyinin Vaşinqton üçün önəmli olduğunu yazıb.

Təhlildə qeyd olunur ki, Türkiyə geosiyasi və hərbi önəmi, iqtisadi potensialı sayəsində əvəzolunmaz müttəfiqdir.

Nəşr Vaşinqtonun qlobal strateji məqsədlərinə çatması üçün Ankara ilə yaxından işləməkdən başqa çarəsinin olmadığını vurğulayıb.

Məqalənin davamında belə bir ifadə də yer alıb: “Vaşinqton yaxın gələcəkdə Ərdoğanla qarşılaşmağa davam edəcək”.

Nəşr Türkiyə prezidentinin 20 il hakimiyyətdə olduğu müddətdə ölkəsini hiss olunacaq qədər dəyişdirdiyini bildirib və əlavə edib ki, Ərdoğan sıradan biri deyil.

“Başqa bir fikir ondan ibarətdir ki, daha geniş tarixi keçmişi dərk etmədən Türkiyəyə qarşı uğurlu strategiya hazırlana bilməz. Birləşmiş Ştatlar Türkiyəyə qarşı çıxmaqdan çəkinir, çünki anlaşılmazlığı ağırlaşdırmaq istəmir”, - təhlildə vurğulanıb.

Digər tərəfdən, Türkiyənin önəmli iqtisadi üstünlüklərə malik olduğuna diqqət çəkilib:

“Türkiyə Avropa və Yaxın Şərq bazarlarına yaxındır. İntellektual və nisbətən gənc işçi qüvvəsinə malikdir. Dünyanın qalan hissəsi ilə inteqrasiya olunmuş təcrübəli biznes sektoru var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər