Rusiyanın Vladimir şəhərində iaşə məntəqələrinə gələn 17 nəfər şaurmadan zəhərlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un Vladimir vilayəti üzrə departamenti məlumat yayıb.
17 nəfərdə kəskin bağırsaq infeksiyası faktı ilə bağlı sanitar-epidemioloji araşdırmaya başlanılıb.
Qurum mütəxəssisləri nümunələr götürmək və əlavə laboratoriya müayinələri aparmaq üçün iaşə obyektlərinə gediblər.
Zəhərlənmə faktları ilə bağlı Vladimir vilayətinin prokurorluğu digər iaşə obyektlərində də yoxlamalar təşkil edib.