Malayziyanın paytaxtı Kuala Lumpurda 6-sı sərnişin olmaqla 8 nəfərin olduğu “Beehcraft 390 Premier 1” tipli şəxsi təyyarə Sultan Əbdül Əziz Şah hava limanına enərkən magistral yolda qəzaya uğrayıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, sürətlə düşən reaktiv təyyarə şossedə motosikletlə avtomobilə dəydikdən sonra alovlanıb.
Təyyarədə olan 8 nəfər, motosiklet sürücüsü və nəqliyyat vasitəsinin sürücüsü olmaqla 10 nəfər həlak olub.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.