Gürcüstan Ermənistan da daxil olmaqla, Rusiyaya avtomobil tədarükünü tamamilə dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, Gürcüstan avqustun 1-dən mühərriki 1.9 litr və daha çox olan ABŞ avtomobillərinin, həmçinin hibrid və elektromobillərin ixracını qadağan edib. İlkin olaraq Avropa avtomobilləri üçün oxşar məhdudiyyətin sentyabrın 26-dan qüvvəyə minəcəyi güman edilirdi, amma gürcü sərhədçilər artıq Yuxarı Lars keçid məntəqəsindən avtomobilləri Rusiyaya buraxmırlar.
Ukraynada müharibə başlayandan sonra 2023-cü ilin birinci yarısında Gürcüstandan Rusiyaya avtomobil ixracı təxminən dörd dəfə artaraq 3780 ədədə çatıb. Ermənistana ixrac daha çox, demək olar ki, 12.5 dəfə, yəni 10 min ədəddən çox artıb. Buna səbəb Rusiya ixracatçılarının dolayı yollardan istifadə etməsidir: maşınları Gürcüstan üzərindən Ermənistana aparıblar, orada gömrükdən keçirib yenidən Yuxarı Larsdan Rusiyaya göndəriblər.
“Kommersant” yazır ki, Gürcüstandakı qadağadan sonra avtomobillərin Qazaxıstan və ya Qırğızıstan vasitəsilə idxal ediləcəyi gözlənilir.