18 Avqust 2023 17:35
1 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çeçenistan rəhbəri Ramzan Kadırov başa çatması qaçılmaz olan Rusiya-Ukrayna müharihəsindən sonrası üçün həlledici döyüşə hazırlaşır”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı politoloq Andrey Piontkovski deyib.

“600 günlük müharibənin bütün təcrübəsi göstərir ki, Kadırovun əsas vəzifələri silahlı qüvvələrini yaratmaq və onları qorumaqdır. Kadırov realistdir, artıq müharibə və Putindən sonrakı Rusiyada yaşayır. Ona Çeçenistanın müstəqilliyini qorumaq üçün silahlı qüvvələr lazımdır. O, indi faktiki olaraq müstəqil dövlətin rəhbəridir. Kadırov öz məqsədləri naminə ictimaiyyət qarşısında Putinə “sadiq” qalır, yəni müharibədən sonrası üçün gücünü saxlamaq, Çeçenistanda hakimiyyət və Çeçenistanın Rusiyadan müstəqilliyi uğrunda həlledici döyüşə hazırlaşmaq üçün mümkün qədər manevr edir”, - ekspert bildirib.

Piontkovskinin sözlərinə görə, Putin siyasi meydandan yoxa çıxandan sonra Rusiya təhlükəsizlik qüvvələrinin görəcəyi ilk iş Çeçenistanı “rus dünyası”na qaytarmaq və Kadırovu məhv etmək olacaq:

“Kadırova özünü müdafiə etməsi üçün ciddi ordu lazımdır. Onun Çeçenistan daxilində də çoxlu düşmənləri var. Heç də bütün çeçenlər onun Putinlə şəxsi ittifaqından razı deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu