18 Avqust 2023 19:12
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Respublikasının (ŞKTR) təhlükəsizlik qüvvələri və adada yerləşdirilən BMT sülhməramlıları arasında gərginlik baş verib.

Teleqraf.com xəbər verir ki, buna səbəb ŞKTR ərazisindən BMT sülhməramlılarının nəzarəti altında olan Yaşıl Xətt üzərindəki Pile kəndinə yolun çəkilməsi olub.

BMT sülhməramlıları yolun çəkilməsinə əngəl olmağa çalışaraq, ərazidə beton bloklar yerləşdirib. Nəticədə, tərəflər arasında qarşıdurma yaranıb.

ŞKTR xarici işlər naziri Tahsin Ertuğruloğlu vəziyyəti şərh edərək, yol inşası layihəsinin dayandırılmaycağını açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər