Polşa hakimiyyəti Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya əsgər göndərə biləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Mysl Polska” nəşrinin köşə yazarı Mixail Radzikovski deyib
“Şübhə yoxdur ki, həm baş nazir, həm də digər qərar qəbul edənlər xəyali Rusiya təhlükəsindən “Vətənin müdafiəsi” adı ilə Polşa əsgərlərini Ukrayna cəbhəsinə göndərməyə hazır olacaqlar”-deyə, o bildirib.
Onun fikrincə, Varşava vətənpərvərlik povestindən istifadə edir, lakin bunun ölkənin milli maraqları ilə heç bir əlaqəsi yoxdur.