19 Avqust 2023 14:38
13 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın “Şahid” PUA-larının Ukraynada istifadəsinin dinamikasına baxsaq, Rusiyada bu dronların kütləvi istehsalından söhbət gedə bilməz”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

“Mətbuatda Rusiyada “Şahid-136” istehsal edən zavodun fəaliyyətə başlaması haqda çoxsaylı məlumatlar var. Yeni hücum dalğasından sonra minlərlə belə dronun istehsal edildiyi iddia olunur. Zavodun həqiqətən seriyalı istehsal səviyyəsində işlədiyinə inandırıcı təsdiq olsa da, buna heç vaxt rast gəlməmişəm”, - ekspert bildirib.

Kovalenko qeyd edib ki, təkcə avqustun 2-3-də Ukraynaya 128 “Şahid-136” atılıb, bunlardan da 121-i vurulub:

“Avqustda “Şahed-136”-lara qarşı mübarizənin effektivliyi 90 faizi keçib. Mayda 413-dən 377-i, iyunda 197-dən 166-sı, iyulda 246-dan 205-i məhv edilib. Bu rəqəmlərdən başqa bir nəticə də çıxarmaq olar, yəni Rusiyada “Şahid-136”-ların kütləvi, seriyalı istehsalı ilə bağlı zavodun işə salınmasından hələlik söhbət getmir. Avqust reydləri ötən 3 ayın reydlərindən kəmiyyətcə fərqlənmir, hətta onlardan az da ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər