“Gələcəkdə Ukrayna və Rusiya “soyuq müharibə” vəziyyətində olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Aleksandr Musiyenko deyib.
“Soyuq müharibə”nin içində olacağıq. İllərlə, onilliklərlə olacağını proqnozlaşdırdığım müharibənin qaynar mərhələsi bitəndən sonra Rusiya ilə münasibətlərimizi normal səviyyəyə çatdıra bilməyəcəyik”, - ekspert bildirib.
Musiyenko hesab edir ki, innən belə normal münasibətlər yalnız nəzəri cəhətdən mümkündür:
“Ancaq bunun nə vaxtsa təkrarlana biləcəyinə hazır vəziyyətdə yaşayacağıq. Rusiya köklü şəkildə dəyişənə qədər bu və ya digər şəkildə “soyuq müharibə” olacaq”.