19 Avqust 2023 16:34
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsini süni intellektlə təqlid edərək iş adamlarını və yüksək vəzifəli dövlət məmurlarını aldadan şəxs istintaqa ifadə verib.

Teleqraf.com xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən ixtisaslı fırıldaqçı ittihamı ilə həbs edilən Fatih Emrə dindirilib.

O, ifadəsində kompüter proqramlarından istifadə edərək Prezidentin səsini təqlid etdiyini deyib. “Biz xaricdə fəaliyyət göstəririk, bu səbəbdən bizə pul lazımdır, siz işin öhdəsindən gələ bilərsiniz” kimi ifadələrlə zəng vurduğu bəzi sənayeçiləri və iş adamlarını aldatmağa çalışan Fatih Emrə onlardan pul ala bilməyib.

Amma şübhəlinin son iki ildə kirayə verdiyi gündəlik kirayə mənzilləri öz adından internetə yerləşdirdiyi, depozit götürmüş kimi göstərərək elana müraciət edən insanları aldatdığı və bununla da təqribən 600 min TL (37 620 AZN) saxta qazanc əldə etdiyi ortaya çıxıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər