Kanadanın Şimal-Qərb Ərazilərində baş verən meşə yanğınları səbəbindən Yellonayf şəhəri tamamilə boşaldılıb. Alov 3000 əhalisi olan Hay River qəsəbəsinə sürətlə yaxınlaşır.
Teleqraf.com xəbər verir ki, yanğınsöndürmə xidməti alovların şəhərdən 17 kilometr aralıda olduğunu bildirib.
Rayon rəhbərliyi yanğın təhlükəsi ilə üzləşən Yellounayfda 20 min insanın təxliyəsi barədə göstəriş verib.
Ölkə üzrə 1057 məntəqədə alovla mübarizə davam edərkən, yanğınların 671-i nəzarətdən çıxıb, 224-ü nəzarət altına alınıb.
Bölgədəki aktiv yanğınların əksəriyyəti Britaniya Kolumbiyasında 365, Şimal-Qərb Ərazilərində 236 və Yukonda 140 yanğınla davam edir.
Qeyd edək ki, ölkənin ən pis meşə yanğınları mövsümünün yaşandığı Şimal-Qərb Ərazilərində dünən fövqəladə vəziyyət elan edilib.
Bu il Kanadada 5736 meşə yanğını baş verdiyi halda, 13,7 milyon hektar ərazi külə çevrilib.