Prezident Vladimir Zelenski İsveçin NATO-ya daxil olmasını dəstəkləyir və Türkiyəni belə bir addımın zəruriliyinə inandırmağa hazırdır.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna lideri İsveçin baş naziri Ulf Kristerssonla birgə keçirdiyi brifinqdə deyib. Zelenski vurğulayıb ki, İsveç “NATO-nun lehinə tamamilə rasional seçim edib” və ukraynalıların seçimi də oxşardır.
“Əminəm ki, dövlətlərimiz Alyansda olacaq, onlar birlikdə təhlükəsizliyə təminat verəcəklər”, - deyə Ukrayna Prezidenti əlavə edib.
O qeyd edib ki, bundan əvvəl Türkiyə ilə danışıqlar zamanı İsveçin NATO-ya daxil olması məsələsini qaldırıb və Ankaranı Skandinaviya ölkəsinin Alyansa daxil olmasını ratifikasiya etməyə çağırıb.
"Mən cənab Ərdoğanla son görüşdə NATO-da İsveçin lehinə mübahisə etdim. Və biz bu işi gələcəkdə də davam etdirəcəyəm" - deyə Zelenski yekunlaşdırıb.