İsveç kralı XVI Karl Qustav və Kraliça Silvia Stokholmda Ukrayna Prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskanı qəbul ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında məlumat verib.
Ukrayna dövlətinin başçısı müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə Ukraynaya hərtərəfli dəstəyə görə İsveçə minnətdarlığını bildirib.
“Biz İsveçin bütün mümkün sahələrdə güclü köməyini yüksək qiymətləndiririk. Bu, ukraynalıların azadlıq və Avropanın gələcəyi uğrunda mübarizəsinə mühüm töhfədir”, - deyə Zelenski yazıb.