Rusiya ordusu son sutka ərzində bir neçə hücum həyata keçirib, Baxmut, Maryinka yaxınlığında və cənubda bu yaxınlarda azad edilmiş Urojaynoye kəndi ərazisində irəliləməyə cəhd ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, ruslar Baxmut istiqamətində Boqdanovkanın şimalına, eləcə də Kleşçievkanın şimalına və cənubuna hücum etmək üçün uğursuz cəhd etdilər. Müdafiə Qüvvələri Maryinka şəhəri yaxınlığında rus işğalçılarının hücumunu dəf etdi. Şaxtyorsk istiqamətində düşmən Ukrayna Silahlı Qüvvələrinin bu yaxınlarda azad etdiyi Urojaynoye kəndi ərazisində itirilmiş mövqelərini bərpa etməyə uğursuz cəhd göstərib.
Eyni zamanda, müdafiə qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir.
Bir neçə öncə Ukrayna ordusu Urojayneni işğaldan azad edib.