20 Avqust 2023 18:42
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi qışda Ukraynanın silah ehtiyatlarını artırmağı gözləyir və hərbi əməliyyatların "sakitləşəcəyinə" ümid edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” müdafiədəki mənbəyə istinadən yazır.

Nəşrin məlumatına görə, ABŞ-ın müdafiə departamenti hərbi əməliyyatların intensivliyini azaltmağa ümid edərək sursat istehsalını artırmaq və Ukrayna Silahlı Qüvvələrinin (APU) ehtiyaclarını dəstəkləmək niyyətindədir.

Ukraynanın yay əks-hücumunun cəmi bir neçə aydır davam etməsinə baxmayaraq, müdafiə rəsmiləri artıq döyüşdə potensial sakitliyin mümkün olduğu qışı gözləyirlər.

Eyni zamanda, ABŞ rəsmiləri təsdiqləyiblər ki, Ukraynanın əks-hücumunun uğuru Qərbin Ukrayna Silahlı Qüvvələrinin artilleriya mərmilərinə olan ehtiyaclarını ödəmək qabiliyyətindən asılıdır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər