20 Avqust 2023 13:36
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Əfqanıstanla sərhəd olan Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda törədilən terror aktı nəticəsində 13 nəfər ölüb, 2 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb.

Bildirilir ki, silahlılar ölkənin təhlükəsizlik qüvvələrinin karvanına zərbə endirmək niyyəti ilə yol kənarına bomba yerləşdiriblər.

Ölkənin Baş nazir səlahiyyətlərini icra edən Ənvar-ül-Haq Kakar “X” sosial şəbəkəsində yazıb: “Şimali Vəziristanda günahsız işçilərin həyatına son qoyan terror aktı barədə məlumat almaq dəhşətlidir. Biz bu mənasız zorakılıq aktını qətiyyətlə pisləyir və həlak olanların ailələrinə səbir diləyirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər