Gürcüstanın qərbində, Oni bələdiyyəsinin ərazisindəki Şovi kurort zonasında xilasetmə əməliyyatları davam edir.
Teleqraf.com xəbər verir ki, xilasetmə əməliyyatları torpaq sürüşməsi baş vermiş ərazinin episentrindən 55 kilometr aralıda Rioni və Çançaxa çaylarının sahillərində və kiçik adacıqlarda davam etdirilir.
Xilasedicilər avqustun 20-də daha bir nəfərin cəsədini taparaq aidiyyəti üzrə təhvil veriblər. Bununla da təbii fəlakət qurbanlarının sayı 28-ə çatıb. Daha 5 nəfərin axtarışları davam etdirilir.
Qeyd edək ki, avqustun 3-də Şovi kurort zonasında torpaq sürüşməsi baş verib. Nəticədə kurort zonasındakı bütün infrastruktur məhv olub, 28 nəfər ölüb, 210 nəfər ərazidən təxliyə olunub, itkin düşmüş 5 nəfərin axtarışları davam edir.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, təbii fəlakətin episentrində axtarış-xilasetmə işləri başa çatıb. Artıq axtarış əməliyyatları episentrdən 50-60 kilometr aralıda davam etdirilir.
Rioni və Çançaxa çaylarının sahillərində, adacıq ərazilərdə ağır texnika, üzən qurğular, canlı qüvvə və bir qrup kinoloq çalışır.