12 Yanvar 2015 15:11
517

Xarkovda “Slavyanka” ümumukrayna qəzetinin ofisinə hücum edlib.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı qəzetinin təsisçisi Vladimir Abramenko məlumat verib.

Onun sözlərinə görə, iyirmi nəfər üzü “Metallist” futbol klubunun şərfləri ilə bağlanmış şəxs əvvəlcə redaksiyanın pəncərəsini daşlayıb, daha sonra içəri “Molotov kokteyli” atıblar. Həmin vaxt redaksiyada Abramenko ilə yanaşı bir müxbir də olub. Hadisə zamanı heç kim xəsarət almayıb.

Hücumdan dərhal sonra yanğınsöndürənlər hadisə yerinə gəlib və yanğının qarşısı qısa müddətdə alınıb.

Abramenko verdiyi açıqlamada əvvəllər də redaksiyaya hədə dolu zəngələr gəldiyini bildirib: “Bizə zəng edib hədələyir, qəzet buraxmamağı tələb edirdilər. Deyirdilər ki, bizi öldürəcəklər və redaksiyamızı yandıracaqlar”.

Samir


Müəllif:
loading...