“Fürsət tapsaq, cənab Putinlə üzbəüz görüşüb söhbət edəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Məqsədimiz cənab Putinlə telefon danışıqlarımız vasitəsilə Rusiyanın taxıl dəhlizi məsələsinə münasibətini müsbətə doğru dəyişdirməkdir. Sentyabrda Hindistanda G20, ABŞ-da BMT Baş Assambleyasının sammitləri keçiriləcək. Bu sıx qrafikdə fürsət tapsaq, cənab Putinlə üzbəüz görüşüb söhbət edəcəyik. Tezliklə xarici işlər naziri (Hakan Fidan) Rusiyaya səfər edə bilər. Çünki bu işin üz-üzə olması böyük əhəmiyyət kəsb edir, nəticəni bu şəkildə almaq çox daha doğru olar”, - prezident bildirib.