“Birləşmiş Millətlər Təşkilatı (BMT) neytrallığını itirib”.
Teleqraf.com xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətində BMT ilə yol gərginliyi barədə açıqlama verən Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Biz Şimali Kipr Türk Cümhuriyyətini hər sahədə sonuna qədər dəstəkləyirik. Kipr türklərinin haqlı mübarizələrinin dünya miqyasında tanınması üçün var gücümüzlə çalışırıq. BMT adadakı bəzi addımlarının BMT-nin təsis ruhu ilə bir araya sığmadığını göstərdi. Hesab edirik ki, BMT bu olayda neytrallığını itirib”, - nazir bildirib.
Hakan Fidan Avropa Birliyini də öz mövqeyini nəzərdən keçirməyə çağırıb.