22 Avqust 2023 17:51
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın “Təsnim” dövlət xəbər agentliyinin fotoqrafı Məhəmməd Hüseyn Vilayəti Əfqanıstanda saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə sözügedən agentlik məlumat yayıb.

“Məhəmməd Hüseyn Vilayəti qeyri-işgüzar səfərlə qanuni şəkildə Əfqanıstana daxil olub və 10 gün Kabildə qalıb. Qayıdanda Kabil hava limanında saxlanılıb”, - məlumatda deyilir.

Agentlik əlavə edib ki, Taliban bununla bağlı heç bir izahat verməyib.

İranın dövlət xəbər agentliyinin fotoqrafının Taliban tərəfindən saxlanılması iki ölkə arasında son – Tehranın Hirmand çayına iddiası ilə bağlı yaranan gərginlikdən sonra baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər