22 Avqust 2023 18:20
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Əfqanıstanla sərhədindəki Cənubi Vəziristan bölgəsində hərbi konvoya hücum edildiyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, hücumdan sonra baş verən qarşıdurmada 6 pakistanlı hərbçinin həyatını itirdiyi, 4 terrorçunun öldürüldüyü, 2-nin isə yaralandığı bildirilib.

Terror aktını törədənlərin yaxalanması üçün bölgədə əməliyyatın başladığı qeyd edilib.

Hücuma görə məsuliyyəti Əfqanıstanda yerləşən Talibanın Pakistan qolu (TTP) öz üzərinə götürüb.

Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun məlumatına görə, bu ilin ilk 6 ayında terror hücumları 2022-ci illə müqayisədə 79 faiz artıb. İlin ilk 6 ayında 271 terror aktı baş verib, 389 nəfər həyatını itirib. Ötən ilin eyni dövründə 151 terror aktı baş verib, 293 nəfər ölüb.

Son aylar ölkə miqyasında, xüsusən də Xeybər Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb.

Rəsmi İslamabad iddia edir ki, TTP tərəfindən planlaşdırılır və idarə olunur. Əfqanıstan bunu inkar edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər