23 Avqust 2023 10:29
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi qüvvələri Kupyan-Svatov-Kreminna xəttində hücum əməliyyatları keçirərək irəliləyiblər. Geolokasiya görüntüləri rus qoşunlarının Kupyanın şimal-şərqindəki bölgədə irəlilədiyini göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında deyilir.

Amerikalı analitiklər Ukrayna Silahlı Qüvvələrinin isə Baxmutda hücum əməliyyatları apardığını və irəlilədiyini bildirirlər. Rusların Baxmutdakı son hücum əməliyyatları isə nəticəsiz bitib. ISW-nin fikrincə, eyni durum Avdiv-Donetsk xəttində də müşahidə olunub.

Ukrayna ordusunun Velika Novosilkanın cənubunda Melitopol istiqamətində əməliyyatlarına paralel davam edən hücumları işğalçılara çoxsaylı dilemmalar və hansı istiqamətlərdə möhkəmlənmək məsələsində seçim zərurəti yaradır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər