23 Avqust 2023 17:32
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları davam edir, döyüş hələ bitməyib, bu səbəbdən hazırda hər hansı bir nəticə çıxarmaq yersizdir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Patrik Rayder deyib.

O qeyd edib ki, bütün cəbhə xətti boyunca döyüşlər gedir və Ukrayna hərbçiləri müəyyən irəliləyişlər əldə edir.

“Əvvəldən demişik ki, bu, çox çətin əməliyyat, çətin mübarizə olacaq. Bu sprint deyil, marafondur. Ona görə də bu faktla bağlı heç bir illüziya olmamalıdır”, - Rayder vurğulayıb.

Pentaqon sözçüsü vurğulayıb ki, Ukrayna ordusu uğur qazanmasa, bunun nəticələri təkcə bu ölkəyə yox, həm də Avropaya və bütün dünyaya təsir edəcək.

“Döyüş çox dinamik, dəyişən və gözlənilməzdir. Odur ki, döyüşün ortasında baş verənləri təkrarlamaq fikrində deyiləm. Bu, yersiz olardı. Bizim edəcəyimiz şey lazım olana qədər Ukraynanı dəstəkləməyə davam etməkdir”, - general bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər