23 Avqust 2023 21:49
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsinin başlaması Qərb ölkələrinin “qırmızı xətlər”in pozulmasına qeyri-adekvat reaksiyası ilə bağlı ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru general Devid Petreus deyib.

Amerikalı general Qərbin reaksiyasından, xüsusən də Rusiyanın Gürcüstana, daha sonra Krım və Donbasa müdaxiləsindən narazıdır.

Onun sözlərinə görə, ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarması Rusiyanın Ukraynaya müdaxilə qərarına təsir edə bilərdi. General əlavə edib ki, qoşunların Əfqanıstan ərazisindən çıxarılması heç də yaxşı fikir deyildi.

“Bütün bunları nəzərə alan Putin ABŞ və NATO ölkələrinin Rusiyanın Ukraynaya müdaxiləsinə cavab verməyəcəyini düşündü. Çox yanıldı və bu, onun yeganə ciddi səhvi deyil. O, düşünürdü ki, Kiyevi tez tutacaq, Zelenskini rusiyayönlü siyasətçi ilə əvəz edəcək və sair”, - MKİ-nin keçmiş direktoru bildirib.

Petreus vurğulayıb ki, Qərbin qlobal proseslərə qeyri-adekvat reaksiyası Rusiyada öz gücünə inam yarada bilərdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər