24 Avqust 2023 00:46
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Baş naziri Castin Trüdo Ukraynanın “Krım Platforması” forumunda çıxışı zamanı Rusiyanın hərbi, sənaye, maliyyə və nüvə sektorunda fəaliyyət göstərən 4 fiziki və 29 hüquqi şəxsin ölkənin sanksiya siyahısına daxil edildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Trüdo konkret olaraq sanksiyaların kimə qarşı tətbiq olunduğunu açıqlamayıb.

Konkret məlumatların daha sonra dərc olunacağı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər