24 Avqust 2023 19:36
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkanın müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, danimarkalı diplomata ölkəsində Qurani-Kərimin təhqir olunmasına görə növbəti dəfə etiraz bildirilib.

Qeyd edək ki, bu, həftə ərzində Danimarka təmsilçisinin çağırılması ilə bağlı beşinci haldır. Buna səbəb Kopenhagendə, o cümlədən Türkiyə diplomatik missiyasının binası yaxınlığında Qurani-Kərimin təhqir olunması istiqamətində davam edən aksiyalardır. Bundan əvvəl danimarkalı diplomat avqustun 18-də, 21-də, 22-də və 23-də Xarici İşlər Nazirliyinə çağırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər