25 Avqust 2023 17:14
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ekologiya nazirinin müavini Tiqran Qabrielyan İran parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, nazir müavini Ermənistanın İranla münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırmağa və ekologiya sahəsində aktiv işləməyə hazır olduğunu deyib.

Görüş zamanı tərəflər iki ölkə arasında ekoloji əməkdaşlığın geniş spektrinə toxunublar, xüsusilə Araz çayı hövzəsində ekoloji məsələlərlə bağlı İranla əməkdaşlıq məsələləri müzakirə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər