Türkiyə xarici işlər naziri Hakan Fidan Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin baş diplomatı səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
“Nazirimiz Hakan Fidan Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən qəbul edilib”, - Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Görüşlə bağlı əlavə təfərrüat verilməyib.