Moskva vilayətinin İstra rayonunda hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatını (PUA) vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram səhifəsində bildirib.
İlkin məlumata görə, xəsarət alan, dağıntı olmayıb. "Bu gecə İstra rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan pilotsuz uçan aparatını məhv edib. Tələfat və dağıntı yoxdur", - məlumatda deyilir.
Sobyanin əlavə edib ki, hadisə yerində təcili xidmətlər işləyir.
Aviasiya xidmətlərindən TASS-a verilən məlumata görə, insident fonunda Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo hava limanları üzərində hava məkanı bağlanıb.