26 Avqust 2023 14:32
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baxmutdakı təzyiqlər və uğursuzluqlar səbəbindən Rusiya ordusu, yaxın iki ay ərzində Kupyansk-Liman xətti boyunca hücum əməliyyatlarının intensivliyini artıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi öz kəşfiyyat məlumatlarına istinadən Tviterdə məlumat yayıb.

Məlumatda bildirilib ki, Ukraynadakı rus qoşunlarının qərb qruplaşması şimal-şərqdə kiçik hücumlar həyata keçirməyə cəhd etməkdə davam edir:

"Kupyansk-Liman sektorunda məhdud uğur qazanır. Ukrayna qüvvələri əks-hücum əməliyyatının bir hissəsi olaraq rusları cənubdakı mövqelərindən geri çəkməyə, Baxmut yaxınlığındakı rus qüvvələrinə təzyiq etməyə davam edir. Rusiya döyüş meydanında təşəbbüsü bərpa etməyə və əməliyyat səviyyəsində yenidən hücuma keçməyə cəhd edə bilər. Kupyansk-Liman xətti bunun üçün potensial istiqamətlərdən biridir".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər