“Ukraynaya görə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səmərəsizdir”.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
Macarıstanın baş diplomatının sözlərinə görə, Avropa müharibənin lokallaşdırılması yox, qloballaşması yolu ilə gedir. Onun fikrincə, bəzi Avropa dövlətləri müharibə psixozundadır.
Siyarto qeyd edib ki, Budapeşt təcavüzkarın kim olduğunu bilir:
“Bu müharibədə heç kim bizim üçün vuruşmur, hamı özü üçün vuruşur”.
Onun iddiasına görə, ABŞ Avropanı Ukraynaya kimin və nə qədər kömək edəcəyi ilə bağlı rəqabətə çəkib: “Bununla da biz Avropanı sözün əsl mənasında məhv edirik”.
Siyarto münaqişənin dondurulmalı, müharibənin indi bitməli olduğunu söyləyib.
“Sanksiya siyasəti iflasa uğradı. Avropanın sanksiya siyasəti bütün dünyada gülüşlə qarşılanır”, - macar nazir əlavə edib.