27 Avqust 2023 22:19
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna qanunları hərbi vəziyyət zamanı seçkilərin keçirilməsini qadağan edir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski jurnalist Natalya Moseyçuka müsahibəsində deyib.

Bununla yanaşı o bildirib ki, müttəfiqlərin bir sıra şərtlərin yerinə yetirilməsinə köməklik göstərəcəyi təqdirdə bu addımı atmağa hazırdır.

"Müharibə illərində ölkədə gedən siyasi proseslər, mən hesab edirəm ki, bu, əsas məsələnin - ölkəmizdə sülhün bərpa olunmasının parçalanmasıdır. Bu, bizim diqqətimizi başqa istiqamətə çevirir. Digər tərəfdən, biz demokratiyanı müdafiə edirik. Ona görə də bu prosesləri qadağan etmək olmaz”, - deyə Ukrayna dövlətinin başçısı bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər