Bodrum sahillərində Yunanıstan tərəfindən rezin qayıqlarla yenidən Türkiyə ərazi sularına buraxılan qeyri-qanuni miqrantlar xilas edilib.
Teleqraf.com xəbər verir ki, Sahil Mühafizə İdarəsinin qrupları Bodrum rayonunda 2 rezin qayıqda olan 42 qeyri-qanuni miqrantı xilas edib.
Qeyri-qanuni miqrantlar rayon miqrasiya idarəsinə təhvil verilib.