ABŞ Afrika Komandanlığı (AFRICOM) Somali hökumətinin müraciətinə əsasən, ölkənin cənubunda “Aş-Şabab” terror qruplaşmasının yerləşdiyi ərazilərə hava zərbəsi endirib.
Teleqraf.com xəbər verir ki, əməliyyat nəticəsində 13 silahlı məhv edilib. Komandanlığın məlumatına görə, zərbə avqustun 26-da Kismayo şəhərindən 45 kilometr şimal-qərbdə, Somali qüvvələrinə dəstək məqsədilə həyata keçirilib.
Qeyd edək ki, “Aş-Şabab” qruplaşması 2004-cü ildə Somalidə yaranıb. Onun 10 minə qədər silahlısı var.