Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş tezliklə baş tutacaq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Görüş tezliklə baş tutacaq, biz bu barədə vaxtında məlumat verəcəyik. Elan tarixləri ilə bağlı müəyyən razılaşmalar var, bu anlaşmaya əməl etmək niyyətindəyik”, - Peskov Putinlə Ərdoğanın görüşünün nə vaxt keçiriləcəyi sualına cavab verib.