ABŞ Silahlı Qüvvələri Mərkəzi komandanlığı bu gün internetdə virtual hücuma məruz qalıb. Belə ki, hakerlər mərkəzi ordu qərargahının “Twitter” sosial şəbəkəsindəki bloqunu dağıdıblar.
“İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, səhifəni dağıdan xakerlər bunu “İŞİD”-in adından etdiklərini bildiriblər.
Səhifədə təhdidlərlə dolu bəyanatlar dərc edilib. Bundan əlavə, xakerlər hərbi qulluqçuların adları və telefon nömrələri, habelə komandanlığın xəritəsini bloqda yerləşdiriblər. Hazırda dağıdılmış bloqun fəaliyyəti dayandırılıb.