“Ruslar sərhədlərini tam müdafiə edə bilmirlər. Müdafiələrində sızıntı yaradan boşluqları bağlamağa imkanları yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan generalı Viktor Yaqun deyib.
General buna misal olaraq ukraynalı hərbçilərin bu yaxınlarda Krımda keçirdikləri xüsusi əməliyyatı göstərib.
Yaqun əməliyyatın son dərəcə çətin şərtlər altında baş tutduğunu söyləyib:
“Bəllidir ki, bunun üçün müəyyən güc ehtiyatı və geri çəkilmək imkanları olmalı, buna hazırlıqlı olmaq lazım idi. Ona görə də bu, bir gündən artıq hazırlanmış çox ciddi əməliyyatdır. Bu, yarımadada mövcudluğun açıq nümayişidir. İkincisi, bir daha arxa cəbhədə boşluğun olduğuna əmin olduq”.
Onun sözlərinə görə, Rusiyanın sahil boyu genişmiqyaslı müdafiəsi ilə bağlı məlumatlar real deyil:
“Rusiya sərhədini belə əhatə edə bilmirlər. Onların müdafiələrində sızıntı yaradan boşluqları bağlamaq imkanları yoxdur. Bu, təkcə Krıma yox, bütün Rusiyaya aiddir”.
Avqustun 24-də Krımda Rusiya və Ukrayna hərbçiləri arasında qarşıdurma baş verib. Ukrayna hərbi kəşfiyyat bölmələrinin (QUR) xüsusi əməliyyat çərçivəsində yarımadaya girdiyi açıqlanıb. Məlumata görə, xüsusi əməliyyat Tarxankut burnu ətrafında keçirilib.