Polşa və Baltikyanı ölkələr “Vaqner”in Belarus ərazisindən çıxarılmasını tələb ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski jurnalistlərə açıqlaması zamanı bildirib.
O qeyd edib ki, Litva, Latviya və Estoniya Daxili İşlər Nazirliklərinin rəhbərləri ilə görüşündən sonra belə bir qərar qəbul edilib.