12 Yanvar 2015 23:45
2 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada “Charlie Hebdo” jurnalına təşkil edilən hücumdan sonra müsəlmanlara qarşı yönələn 50 basqın baş verib. Avropanın bir sıra digər ölkələrində də bu hadisədən sonra İslam etiqadlı şəxslərə və müvafiq dini-mədəni mərkəzlərə yönələn aqressiya nəzərəçarpacaq dərəcədə artıb.

Teleqraf.com-un məlumatına görə, bu hücumların çoxu təhdid, təhqir xarakterli olub və əsasən, müsəlman məscidlərinə, ibadətgahlara qarşı yönəlib.

Bununla bağlı ölkənin müsəlman icmasının təbii hüquqlarını, insani haqlarını qorumağa çağıran ictimai təşkilatlar və fəallar Fransa hökumətinə, eləcə də güc strukturlarına müraciət ediblər.

Məsələyə münasibət bildirən ictimai fəal Abdullah Zəkri ölkədə müsəlmanlara aid ibadət yerlərinin daha yaxşı qorunmasını xahiş etdiklərini söyləyib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər