Avropa İttifaqının (Aİ) növbəti sammitində Ukraynanın təşkilata üzvlük məsələsi müzakirə olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Bled Strateji Forumu üçün hazırlanmış çıxışında deyilir.
Məlumata görə, Aİ-nin növbəti sammitində Ukrayna ilə yanaşı, Bosniya və Herseqovina, Gürcüstan və Moldovanın da üzvlük məsələsi müzakirəyə çıxarılacaq.